PSJ əlavə vaxtda qol vurub, qələbə qazandı
Fransa çempionatının 11-ci turunda çempion PSJ Parisdə “Nitsa” ilə qarşılaşıb.
Yenicag.az xəbər verir ki, ispan Luis Enrikenin rəhbərlik etdiyi komanda 1:0 hesabı ilə qalib gəlib.
Əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın ötürməsindən portuqaliyalı hücumçu Qonçalo Ramos səmərəli istifadə edib.
PSJ hazırda 24 xalla lider, “Nitsa” 17 xalla 8-cidir./unikal












