!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Ərdoğanla bu terror aktından da danışdı: "Bu məsələ BMT TŞ-də təcili müzakirəyə çıxarılacaq"

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında “Şimal axını” qaz kəmərinə qarşı terror aktından da danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya prezidenti Şimal axını-1 və Şimal axını-2 qaz kəmərlərinə qarşı misli görünməmiş təxribata,faktiki olaraq beynəlxalq terror aktına fundamental qiymət verib”, – məlumatda vurğulanıb.

Bildirilib ki, Rusiya bu məsələni BMT Təhlükəsizlik Şurasında təcili müzakirəyə çıxaracaq.

Qeyd edək ki, “Şimal axını” qaz kəmərində müxtəlif yerlərdə 4 sızma aşkarlanıb. Mütəxəssislər onların təhlükəli olduğunu bildirir

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv