!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin erməni təbliğatçısından NÜVƏ TƏHDİDİ: “Bu həftə ya qələbəmizin yetişməsi, ya da...”

!Reklam – Yazi

Rusiya rəsmi təbliğatının əsas fiqurlarından biri sayılan Marqarita Simonyan dünyanı nüvə müharibəsi ilə “qorxudub”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Simonyan bu barədə özünün “Telegram” kanalındakı paylaşımında yazıb.

O, Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi bu həftənin “həlledici olacağını” bildirib:

“Baş verənlərə və verəcəklərə əsasən deyə bilərik ki, bu həftə ya bizim qələbəmizin yetişməsi, ya da nüvə müharibəsinin başlaması ilə əlamətdar olacaq. Üçüncü variant kimi heç nə görmürəm”.

Simonyan Rusiyanın nüvə müharibəsinə başlayacağını iddia edən ilk fiqur deyil. Rusiya Prezidenti Vladimir Putinin yaxın silahdaşı Andrey Qurulyov da bu barədə danışaraq bildirmişdi ki, nüvə zərbəsinin hədəfi Ukrayna yox, Almaniya və Böyük Britaniya olacaq.

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv