!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin maliyyə komandası Qərbi ŞOKA SALDI: Məşhur araşdırmaçı faktları AÇIQLADI

!Reklam – Yazi

“Rusiyanın hazırkı hakimiyyəti çox ağıllı maliyyə və iqtisadi siyasət həyata keçirir. Putinin iqtisadi siyasəti tamamilə Qərbyönümlü və Qərb modellidir. Bu siyasət nə Boris Yeltsin dövründə, nə də Sovet dövründə yox idi”.

Yenicag.az xəbər verir ki, bu barədə “Carnegie” fondunun araşdırmaçısı, Rusiya Mərkəzi Bankının keçmiş işçisi Aleksandra Prokopenko “Rusiya niyə çökmür?” adlı sərlövhəli məqaləsində qeyd edib.

O, yazır ki, Putin 2000-ci ildə düz vergi sxemi ilə Yeltsin xaosuna son qoydu ki, bu da onun etdiyi ilk işlərdən biri idi, hətta bunu inqilab da adlandırmaq olardı.

A. Prokopenkonun fikrincə, bu siyasət fantastik dərəcədə yaxşı işlədi və Rusiya hökumətini yenidən qazanc əldə etdi.

“Vergilər çox aşağı olduğuna görə insanlar bunu sevirdilər və bunu etdiyi üçün də Putini sevirdilər. O vaxtdan bəri 20 ildir ki, bu, müqəddəs bir siyasət olub və nəyin bahasına olursa olsun, Putin vergiləri artırmaqdan yayınıb”, – Prokopenko qeyd edib.

Araşdırmaçı əlavə edib ki, rusların mütərəqqi vergiyə keçməsi heyrətamiz, eyni zamanda da tamamilə məntiqlidir.

“Vergilər və müharibə ilə necə məşğul olacağına dair modellər Putinin düşüncəsini bununla da kökündən dəyişdi. O, yığımdan xərcləməyə, habelə borc ödəməkdən potensial artımdan istifadə etməyə keçdi. Bunun isə çox böyük nəticələri olacaq. Bütün bunlar birdən-birə baş verdi, hətta gəlir bərabərsizliyini azaldan yeni yüksək vergilərə baxmayaraq, Rusiya vergiləri bütün inkişaf etməkdə olan bazarların ən aşağısı olaraq qalır. Rusiya maliyyə komandası isə Qərbi şoka salmağa davam edir”, – deyə o, söyləyib.

“Rusiyada hazırda iki bank var: biri Qərbin dediklərini bir-bir edən, Qərbdən əsla qopmayan Mərkəzi Bank, digəri isə dövlət bankı xüsusiyyətlərini yerinə yetirən, Mərkəzi Banka qarşı gələn və daha çox xərcləyən hökumət.

Mən həmişə deyirəm ki, Rusiya dünyanın ən yaxşı iqtisadi və maliyyə modellərindən birinə malikdir. Putin və komandası neoliberal iqtisadi modeldən imtina etmək niyyətində deyillər. Putin bu modelə sadiq qaldıqca, sağ qala da biləcək”, – məqalədə qeyd olunub.

Rafi Müslümov

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv