!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin növbəti CƏHDİ: Belarus Ukraynaya qarşı savaşa qoşulacaq? - ŞƏRH

!Reklam – Yazi

“Putinin Belarusu müharibəyə qoşmaqla bağlı növbəti cəhdi də uğursuz olacaq”.

Bu fikri Putinin Minsk səfəri, Belarusun Ukrayna müharibəsinə daxil olmaq ehtimalını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, ilk günlərdə Belarusun müharibəyə qatılması daha real idi, indi bunun olacağı gözlənilmir:

“Belarusun müharibəyə qatılma ehtimalı çox idi. Belarus müharibənin ilk günləri rus ordusu adı altında müxtəlif müdaxilələr etdi. Ancaq onlara çox ciddi müqavimət göstərildi və geri qayıtdılar. Belarus ordusunun şəxsi heyəti müharibədə iştirak etməsə də, aviasiyası, aerodromları, hava məkanı, bütün silahları Rusiyanın ixtiyarındadır. Belarus ərazisindən həm Ukraynanı bombalamaq üçün aviasiya uçuşlar həyata keçirilir, həm də raket zərbələri endirilir. Belarus demək olar ki, arxa cəbhə kimi Rusiyaya tam dəstək verir.

Belarus Prezidenti Lukaşenko Putinin Ukraynaya hücum etməklə bağlı təkliflərindən müxtəlif bəhanələrlə boyun qaçırır. Digər tərəfdən Belarusdan olan könüllülər hər iki tərəfdən döyüşürlər. Putin istəyir ki, yardımlardan başqa Belarus ordusu tam şəkildə müharibəyə qoşulsun. Orada olmuş, Belarus ordusunun komandanları və Lukaşenko ilə görüşmüş adam kimi deyə bilərəm ki, onların ordusunun rus ordusundan elə də ciddi fərqi yoxdur. Ancaq bu gün təmin olunmuş və döyüş təcrübəsi olan Ukrayna ordusundan çox geridədir. Lukaşenko yaxşı bilir ki, camaat ondan narazıdır və əhali onu prezident seçilməyib. Qərb də onu prezident kimi tanımaq istəmir. Lukaşenko ilə Qərb arasında gizli separat danışıqlar getdiyi də deyilir.

Hesab edirəm ki, Putinin Belarusla bağlı növbəti cəhdi uğursuz olacaq. Ukrayna tərəfinin bəyanatları da ona yönəlib ki, Belarusu bu işdən çəkindirsin. İstər-istəməz Ukrayna ordusu Belarus istiqamətində də qoşun saxlayıb, onların qarşısını kəsməyə çalışacaq.

Lukaşenko Putinin birbaşa müharibəyə qatılmaqla bağlı təklifinə qatılmasa da, bundan sonra da Rusiyaya tam dəstək verəcək”.

Səxavət Məmməd

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv