Putinin səfəri buna görə təxirə salındı

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinə səfərini ləğv edib.

Yenicag.az xəbər verir ki, bu barədə dekabrın 28-də Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Mətbuat katibi qeyd edib ki, dövlət başçısı Sankt-Peterburqdan Pskova getmək niyyətində olub. Lakin bu, qeyri-müəyyən hava şəraiti səbəbindən ləğv edilib: “O, Sankt-Peterburqdan videokonfrans vasitəsilə tədbir keçirəcək, bu zaman Titan-Polymer zavodunun işə salınması baş tutacaq”.

Qeyd edək ki, dekabrın 27- də Putinin Pskov vilayətinə işgüzar səfər edəcəyi bildirilmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa