!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaçqınlar düşərgəsində dava – 250 çadır yandırıldı

!Reklam – Yazi

thumbs_b_c_39d117d8d7074828223edFransada qaçqınlar düşərgəsində kütləvi dava baş verib.

Dava Fransanın Calais kəndində yerləşən Jungle düşərgəsində qaçqınlar arasında yemək bölüşdürülməsi zamanı yaşanıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılardan 5-inin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, sözügedən dava əfqanıstanlı və sudanlı qaçqınlar arasında yaşanıb. Əfqan qaçqınlar Jungle-dakı 250-yə qədər çadırı yandırıblar. Hadisə nəticəsində yaralananlar arasında yemək bölüşdürülməsi ilə məşğul olan könüllülər qrupunun da olduğu bildirilir. Məlumata görə, yanan çadırlar arasında köçkünlərə yemək bölüşdürülən 2 mətbəx də olub.

Qeyd edək ki, təxminən 5 min qaçqının yaşadığı Jungle düşərgəsi “muxtar quruluşu” ilə dünyanın ən təhlükəli qaçqın düşərgələri arasında yer alır. Narkotik vasitələr və silah əldə etməyin çox asan olduğu iddia edilən düşərgədə müxtəlif mafiya qrupları da yer alır.(aznews)

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv