!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın fərasəti: 8 milyon avro oğurlayıb izini itirdi - FOTO

!Reklam – Yazi

Almaniyada 28 yaşlı qadın 8 milyon avro oğurlayaraq yoxa çıxıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Bremendə pulpaylayıcı işləyən Yasəmən Gündoğan adlı qadın şirkət tərəfindən əmanət edilən pulları təyinatı üzrə istifadə etməyib.

Belə ki, vəzifəsi şəhər üzrə bankomatları pulla təmin etmək olan qadın pulları bankomata deyil, öz çantasına qoyaraq qaçıb.

Qara furqonla qaçan qadının pulla birlikdə ortadan itdiyi ancaq 4 gün sonra anlaşılıb.

Cari ilin 21 mayında baş verən hadisə polis tərəfindən araşdırılsa da, nəticə əldə edilməyib.

Gündoğana yardım etdiyi güman edilən bir nəfər yaxalansa da, qadından xəbər yoxdur.

8 milyon avro ilə ortalıqdan itən qadın Almaniyada ölkə gündəmini zəbt edib.

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv