!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın İŞİD komandirini güllələdi

!Reklam – Yazi

1407936732_isid-qadin-alveri_868205007672İraq sakini onu seksual qula çevirən “İslam dövləti” qruplaşmasının komandirini güllələyib.

Bu barədə “Əl-Sumariyə” telekanalı vasitəsilə çıxış edən Demokratik Kürdüstan Partiyasının mətbuat katibi Səid Mamazuni bəyan edib.

Onun sözlərinə görə, qadın 3 ay öncə Əbu Ənas adlı İŞİD komandirinin göstərişi əsasında zorla bir neçə döyüşçü ilə müvəqqəti nikaha daxil olub. Dəfələrlə zorlanan yezidi qadın sentybarın 5-də Mosulda Əbu Ənası güllələməyə müvəffəq olub.

İyul ayında “İslam dövləti” qruplaşması onlarla cinsi əlaqəyə daxil olmaqdan imtina edən 19 qadını, avqustda isə daha 15 qadını güllələmişdi.

BMT-nin məlumatına görə, Mosul insan alverinin əsas mərkəzinə çevrilib. Burada əsasən xristian və küdrlərdən ibarət minlərlə qadın açıq hərrac yolu ilə satışa çıxarılıb.

Məlumata görə 1-8 yaş arasında oğlanlar və qızlar 165 dollara, 20 yaşa qədər yeniyetmələr 124 dollara satılır. Satılan qulun yaşı artdıqca, onun qiyməti də nəzərə çarpacaq dərəcədə azalır. Məsələn, 40 yaşlı qul Mosul bazarlarında 40 dollara satılır.

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv