“Qalatasaray” 3 qolla 3 xal qazandı
Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, turnirin son qalibi “Qalatasaray” öz meydanında “Göztəpə”ni qəbul edib.
Hesabı 6-cı dəqiqədə qonaqlar açsalar da, “aslanlar” 19-cu dəqiqədə Osimhenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər.
İlk hissənin sonlarında “Göztəpə” azlıqda qalıb. Okan Burukun yetirmələri say üstünlüyündən yararlanaraq daha iki qol vurublar (Sara 63, İkardı 66) – 3:1.
Hazırda “Cim-Bom” 28 xalla yarış cədvəlinin zirvəsindədir. Onun rəqibi isə 16 xalla 5-ci sırada qərarlaşıb./Qaynarinfo/












