“Qalatasaray”ın ulduzu Premyer Liqa yolunda
“Liverpul” müdafiə xəttini gücləndirmək üçün “Qalatasaray”ın mərkəz müdafiəçisi Vilfred Sinqonu transfer siyahısına daxil edib.
Yenicag.az xəbər verir ki, İngiltərə nəhəngi 23 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Mersisayd klubunun bu bölgədə alternativ axtarışları davam etsə də, Sinqonun fiziki gücü, sürəti və çox yönlü oyunu rəhbərliyin diqqətini çəkib.
“Qalatasaray” isə mövsümün gedişində əsas heyətin vacib üzvünə çevrilən Sinqonu satmaq niyyətində deyil, lakin yüksək təklifin gəlməsi halında danışıqların qapısı açıq ola bilər.












