Qalmaqallı polis rəisinin yerinə TƏYİNAT

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.

Yenicag.az xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə H.Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Tovuz RPŞ rəisi Şirzad Əsgərov təqaüdə göndərilib.

Ş. Əsgərov 2019-cu ilin noyabr ayında itkin düşən və ölkə gündəmini zəbt edən Nərmin Quliyevanın 45 gün ərzində tapılmamasına görə medianın gündəminə gəlmiş və ictimaiyyətin tənqid hədəfi olmuşdu./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600