Dünya okeanının temperaturu rekord həddə çatdı

media-hightechnic-468x90

2025-ci ildə dünya okeanları çox böyük miqdarda istilik udub və bu da daha bir temperatur rekorduna, eyni zamanda da ekstremal meteoroloji hadisələrin artmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Advances in Atmospheric Sciences” jurnalında dərc olunmuş araşdırmada məlumat verilib.

Alimlər qeyd ediblər ki, istixana qazı tullantılarının yaratdığı izafi istiliyin 90%-dən çoxu okeanda toplanır. Bu, onu iqlim böhranının ən görünən göstəricilərindən birinə çevirir.

Okean temperaturunun yüksəlməsi qasırğaların və tayfunların intensivliyinə birbaşa təsir göstərir, ekstremal yağıntıların və daşqınların tezliyini artırır.

Araşdırmaya görə, 2025-ci ildə ən sürətli temperatur artımları tropik və cənubi Atlantik, şimali Sakit Okean və Cənubi Okeanda müşahidə olunub.

Alimlər həmçinin Şimali Atlantika və Aralıq dənizində həyəcanverici dəyişikliklərin baş verdiyini qeyd ediblər. Bu dəyişikliklər istiləşmə ilə yanaşı, həm də suyun daha duzlu, turşulu və oksigensiz hala gəlməsi ilə nəticələnib. Belə hal dəniz ekosistemlərini təhdid edir./Oxu/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa