Qaluzin: "Ermənistan Rusiyanın Qərbin məqsədləri ilə bağlı xəbərdarlıqlarına qulaq asmır"

media-hightechnic-468x90

Rusiya hiss edir ki, Ermənistan rəhbərliyi bu ölkəni Aİ-nin perspektivsiz siyasətinin reallaşdırılmasında istifadə etmək istəyən Qərbin məqsədləri ilə bağlı xəbərdarlıqlara qulaq asmaq niyyəti nümayiş etdirmir.

media-banner_tuq

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.

“Biz hiss edirik ki, Ermənistan tərəfi, Ermənistan rəhbərliyi Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Qərbin, o cümlədən Avropa İttifaqının əsl məqsədinin Ermənistanı Rusiyaya qarşı istifadə etmək, Ermənistanı Qərbin, ilk növbədə, Avropa İttifaqının Rusiyaya dillər əzbəri olan strateji məğlubiyyətə uğratmağa yönəlmiş əbəs və perspektivsiz siyasətinin reallaşdırılması prosesində istifadə etmək olduğu barədə xəbərdarlıqlarımıza qulaq asmaq niyyəti nümayiş etdirmir”, – deyə nazir müavini bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05