!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qanlı yanvar”ın çəkilişləri yekunlaşdırılıb

!Reklam – Yazi

79142Kinorejissor Vahid Mustafayevin lentə aldığı “Qanlı yanvar” filminin çəkilişlərinə bu gün yekun vuruldu.

Bədii filmin çəkilişlərinin 63 gün ərzində heyəta keçirildiyini deyən kinorejissor bu müddəti rekord göstərici hesab edir. 40-a yaxın fərqli məkanda lentə alınan “Qanlı yanvar” filminin montaj işləri isə ölkədən kənarda aparılacaq.

“Montaj, səs və digər filmin istehsalından sonra olan məsələlər iki qrupa bölünür. Bir hissəsi, Almaniyada olacaq, digər hissəsi isə İranda. Biz “Xoca” filminin də montajını İran Respublikasında olan imkanlardan istifadə edərək həyata keçirmişik. Almaniyanın və bu iş birliyi bizim üçün doğrudan da əlverişli olur və işimiz çox surətlə qabağa gedir”, deyə Vahid Mustafayev bildirdi.

Filmdə Nebahat Çehre, Len Devis kimi məşhur aktyorlar da rol alıb. Aktyor truppasına təkcə Azərbaycandan deyil, ABŞ, Türkiyə, İran və Rusiyadan da aktyor cəlb olunub.

20 Yanvar hadisələrinin “Qanlı yanvar” filmində ən xırda detallarına qədər belə göstərmək üçün filmin çəkilişləri zamanı ağır texnikalardan, yəni tanklardan istifadə edildi.

Əsasən yanvarın 19-dan 20-nə keçən gecə baş verənləri canlandırmaq üçün ağır hərbi texinakarlardan istifadə olunub. Bu səhnələrin lentə alınması üçün isə 20-dən çox avtomobil və avadanlıq partladılıb.

“Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına lentə alınan film həm də serial kimi nümayiş etdiriləcək. “Qanlı yanvar” filminin ssenari müəllifi və rejissoru Vahid Mustafayev çəkilişlərə dövlət tərəfindən göstərilən dəstəyin də böyük olduğunu bildirdi:

“Ən böyük kömək və dəstəyi bizə edən sözsüz ki, Ali Baş Komandanımız cənab İlham Əliyev və müdafiə nazirimiz verdi. Ümumiyyətlə müdafiə nazirliyinin bütün əməkdaşlarına bütün qruppa adından öz təşəkkürümü bildirmək istəyirəm. Doğurdan da fədakarlıq göstərdilər, əlllərindən gələni elədilər ki, bu film tamaşaçıların qarşısında çıxa bilsin təşəkkür edirəm”.

“Qanlı yanvar” filminin ilk nümayişi 19 yanvar tarixində baş tutacaq.

(anspress.com)

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv