Qar uçqununda həlak olan əsgərlər dəfn edildilər
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları dəfn edilib.
Yenicag.az Report-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.
Bərdədə keçirilən vida mərasimindən sonra torpağa tapşırılıb.
Əsgər İmanov Əli Tariyel oğlu isə Sabirabadın Muğan Gəncəli kəndində dəfn olunub.
Qeyd edək ki, Rüstəm Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı Əli iİmanovla birlikdə qar uçqunu nəticəsində ölüb.