Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarabağ bülbülləri”nin solisti vəfat etdi - FOTO

Bir vaxtlar “Qarabağ bülbülləri”nin solisti olmuş İzahat Cəfərov 59 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə mərhumun qohumları APA-ya məlumat verib.

Qeyd edək ki, “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.

1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sözügedən kollektiv ilə bağlı ilk sənədli filim də çəkilib.

Bu filmdə “Qarabağ bülbülləri”nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.

Allah rəhmət eləsin!

www.yenicag.az

182
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100