“Qarabağ”ın futbolçusunun qolu ÇL-də həftənin ən yaxşısı seçildi

media-hightechnic-468x90

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına layiq görülüb

Yenicag.az xəbər verir ki, bu, azarkeşlərin səsverməsinə əsasən mümkün olub.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard “köhlən atlar”ın ikinci qoluna imza atıb.

Addaidən başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haland, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.

Qeyd edək ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”i 2 cavabsız qolla üstələyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa