“Qarabağ” “Kopenhagen”lə oyundan əvvəl azarkeşlərə müraciət etdi

media-hightechnic-468x90

“Qarabağ” Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb:

“Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat qalmış açılacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa