“Qarabağ” “Zirə”nin 6-nı üstünə çevirdi

Azərbaycan Premyer Liqsında 14-cü turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, son çempion “Qarabağ” “Zirə” ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Dani Kintana het-trik edib. Mahir Mədətovla Miçel Madera isə hərəyə bir dəfə fərqlənib. Oyunda son qol isə 90-cı dəqiqədə qeydə alınıb. İlkin Qırtımız topu öz qapısına göndərib.

Loading...