“Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin qış fasiləsinə yollanar-yollanmaz ölkəsində özünə səssiz toy etdiyi haqda məlumat vermişdik.
Yenicag.az xəbər verir ki, ötən ilin sonu – dekabrın 22-də Miteva Anams adlı xanımla ailə həyatı quran futbolçu həyat yoldaşı ilə birgə bal ayı üçün Maldiv adalarına gediblər.
Muaremin toyundan və bal ayından özəl fotoları təqdim edirik:(Milli.az)
Yenicag.az