Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarşıdakı ildə məhkəmələrin fəaliyyəti normal məcraya qayıdacaq” - Vəkildən NİKBİN PROQNOZ

“Pandemiya dövründə məhkəmə sisteminin elektronlaşması şəffaflığın müəyyən qədər təmin edilməsinə şərait yaradıb”.

romanqarasov
Roman Qaraşov

Bunu ölkənin hüquq-məhkəmə sistemində yaranmış mövcud vəziyyəti dəyərləndirən vəkil Roman Qaraşov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il məhkəmələrin elektronlaşması sisteminin aktivliyi müsbət hal kimi qeyd oluna bilər:

“Məhkəmə sistemində mövcud olan çatışmazlıqların aradan qaldırılması ilə bağlı atılan ən mühüm addım prezident İlham Əliyevin imzaladığı 2019-cu il 3 aprel tarixli fərmandır.

Həmin fərmanda vətəndaşların məhkəmələrdə üzləşdiyi problemlərin və subyektiv meyarların aradan qaldırılması ilə bərabər, hakim korpusunun yenidən formalaşdırılması əsas məqsədlərdən biri kimi göstərilib. Bununla yanaşı, fərmanda elektron məhkəmə formatının daha effektiv fəaliyyəti ilə bağlı məsələlər də öz əksini tapıb.

Lakin bu il qlobal pandemiya ilə əlaqədar məhkəmələrin fəaliyyəti xeyli məhdudlaşdı və müəyyən hallarda məhkəmələrin fəaliyyəti dayandırıldı. Sənədlər daha çox elektron sistemlər vasitəsilə qəbul edilib və bəzi işlərə şifahi məhkəmə baxışı keçirilmədən baxılması tövsiyə olunub.

Halbuki, məhkəmənin müəyyən nəticəyə gəlməsi üçün tərəflərin iştirakı məcburi xarakter daşıyırdı. Nəticədə prosessual müddətlərin pozuntusu da baş verib. Bütün hallarda məhkəmələrin hazırkı fəaliyyətini effektiv hesab etmək olar. Çünki baş verən son hadisələr ümumilikdə qarşıya qoyulan məqsədlərin reallaşmasına mane olmayıb.

Pandemiya dövründə məhkəmə sisteminin elektronlaşması şəffaflığın müəyyən qədər təmin edilməsinə şərait yaradıb. Elektronlaşma sisteminə qoşula bilməyən məhkəmələr isə bəzi nöqsanların baş verməsinə səbəb olub. Hesab edirəm ki, qarşıdakı ildə məhkəmələrin fəaliyyəti normal məcraya qayıdacaq.

Bu gün məhkəməyə müraciət edən şəxslərin sayı durmadan artır. Vətəndaşların şikayətinin artması iki tendensiya ilə bağlı olur. Birincisi, insanların məhkəmələrə inamının mövcudluğudur. Yəni insan problemin həllinə məhkəmədə nail ola biləcəyinə inanır. Digər amil isə iqtisadi fəallığın artması ilə əlaqədardır. Bu gün mülki və cinayət işləri ilə bağlı kifayət qədər məhkəmə işləri davam edir”.

Gülşən Şərif

www.yenicag.az

2411