!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarşılıqlı HƏRBİ TƏLİMLƏR: “Demoralizə olmuş Ermənistanın yeni müharibəyə başlaması...” - Ədalət Verdiyev

!Reklam – Yazi

“Ermənistan sırf daxili auditoriyanı sakitləşdirmək üçün Rusiya ilə birgə təlimlər keçirir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin demək olar, eyni vaxtda hərbi təlimlər keçirməsinin səbəblərinə toxunan ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyevin sözlərinə görə, Ermənistanın Rusiya ilə birgə keçirdiyi təlimlərin əsas məqsədi daxili auditoriyanı sakitləşdirməkdir:

“Burda Ermənistanın vəziyyətinə diqqət yetirmək lazımdır. Təsəvvür edin, Ermənistanın yerinə hansı ölkə olur-olsun, darmadağın edilmiş ordusuna “irəli” əmri verilə bilərmi? Əgər verilsə belə, o ordunun döyüş tapşırığını yerinə yetirməsi mümkündürmü? əlbəttə, yox.

Ön xətdə olan hərbçilərimizlə söhbətlərdən də aydın görünür ki, ermənilər tam demoralizə olunmuş vəziyyətdədirlər. Yəni Ermənistanın müharibə etməyə şansı, gücü, potensialı birmənalı olaraq, yoxdur.

Azərbaycanın yeni başladığı hərbi təlimlərə gəldikdə isə deyə bilərik ki, Qarabağın məlum ərazilərində anti-terror əməliyyatları keçirilə bilər. Ermənistan rəsmilərinin, yaxud da separatçı rejim təmsilçilərindən birinin başına mərmi düşsə, bu, Ermənistanda “qurbağa gölünə atılan daş” effekti verəcək.

O baxımdan, Ermənistanın keçirdiyi təlimlərdən heç nə gözləmirəm. Onlar sırf daxili aiditoriyanı sakitləşdirmək üçün Rusiya ilə birgə təlimlər keçirirlər. Təlimin miqyasına baxsaq, oraya cəmi 3 hərbi hissə çıxarıblar. Bu təlimlərə qatılan Rusiya isə bir növ erməniləri ovundurmağa çalışır”.

Səxavət Məmməd

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv