İtaliyada qatar qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Turində qeydə alınıb. Qəzaya qatar yolunda duran yük maşını səbəb olub. Toqquşma nəticəsində qatar relsdən çıxıb.
İnsident zamanı azı 2 nəfər ölüb. Onlardan biri maşinistdir. Daha 18 nəfər isə ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.