!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qaydaları pozan piyadalar

!Reklam – Yazi

milli_33866_bodyimg-1Cari il yanvarın 1-dən bu günədək paytaxtda yol hərəkəti qaydalarını pozan 81 mindən çox piyada inzibati qaydada məsuliyyətə cəlb olunub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, məsuliyyətə cəlb edilən həmin piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır. Bu cür tədbirlərin keçirilməsinin məqsədi piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. V.Əsədov piyadaları yol hərəkəti qaydalarını pozmamağa və intizamlı olmağa çağırıb.(Azərtac)

www.yenicag.az

543
Ads
www.veteninfo.com
!Reklam – Arxiv