Qazaxıstanda atışma: Ölənlər var – YENİLƏNİB

ac3ffb30-faff-4ecd-8b4f-ba6ce84dc235_292“İnterfaks-Kazaxstan” agentlinin verdiyi məlumata görə, naməlum şəxslər Almatı Daxili İşlər Şöbəsini atəşə tutublar. “Reuters”in xəbərinə əsasən 2 polis öldürülüb.

Şahidlər isə biri mülki şəxs olmaqla, 3 nəfərin öldüyünü deyiblər. Almatıda antiterror əməliyyatı elan olunub, şəhər sakinlərinə küçəyə çıxmamaq tövsiyə edilib.
Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər ki, naməlum şəxslər Almatıda rayon Daxili İşlər Şöbəsinin və MTN Departamentinin binalarına hücum edib.
Silahlı şəxsin və ya şəxslərin şəhərdə dolaşaraq atəş aşmağa davam etdiyi bildirilir. Onun qeyri-ənənəvi dini cərəyanın nümayəndəsi olduğu güman olunur. (APA)

* * *

Almatının mərkəzində rayon polis idarəsinə silahlı basqın olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, polis idarəsində atışma zamanı azı bir polis əməkdaşı həlak olub, bir neçəsi də yaralanıb.
Polisin məlumatına görə, şəhərdə antiterror əməliyyatı aparılır.

* * *

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda rayon polis idarəsində atışma baş verib.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə şahidlər məlumat verib.

Polis idarəsinin olduğu zona polis tərəfindən mühasirəyə alınıb, qonşu binaların əməkdaşlarını ofisdən bayıra buraxmırlar. Lakin hələlik atışmanın hansı səbəbdən baş verdiyi bilinmir.
FHN-in Almatı departamenti sakinləri evlərini tərk etməməyə çağırıb.