Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1409-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 106 879 PUA-sı, 641 zenit-raket kompleksi, 26 845 tank və digər zirehli texnikası, 1 634 reaktiv yaylım atəş sistemi, 32 332 artilleriya və minaatanı, 50 625 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.












