!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstandakı hadisələrdə PUTİNİN ROLU: "Bu, qazax siyasətçilərə dərs vermək məqsədi daşıyır"

Reklam: High Technic

“Qazaxıstanda baş verənlər Rusiyanın 2000-ci ildə hazırladığı plandır. Bu haqda ABŞ-nin strateji tədqiqatlar mərkəzi də xəbər verir. Rusiya 2000-ci ildə cənub sərhədində yarana biləcək təhlükələr barədə məxfi sənəd hazırlayıb və həmin sənəddə təhlükəli ölkələr sırasında Qazaxıstanın da adı olub”.

Bu fikirləri Qazaxıstanda baş verən hadisələrin səbəbləri barədə danışan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev də Rusiyanın hədəfində olub:

“Qazaxıstanda baş verən proseslər Rusiyanı qane etmirdi. Milliyyətçi əhval-ruhiyyənin oyanması, Rusiyaya meyilliyin azalması bu ölkəni narahat edirdi. Belə olan şəraitdə onlar 5-ci kolondan və milli simasını itirmiş adamlardan ibarət xüsusi pozucu dəstələrə təlimlər keçdilər. Ölkədə hadisələr başlayan kimi həmin oliqarxlar ölkədən qaçdılar.

Hadisələr tədricən səngiyə bilər. Ancaq Tokayevin mövqeyi, ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingentini dəvət etməsi vəziyyəti son dərəcə gərginləşdirib. Belə görünür ki, Tokayev öz ölkəsinin güc strukturlarına etibar etmir. Çoxluğu Rusiyadan təşkil olunmuş KTMT-nin adına sülhməramlı qoyulan qüvvələrini cəlb edib. Bir gecədə 14 min desant Qazaxıstanın müxtəlif bölgələrinə göndərilib. Bu ondan xəbər vermir ki, əvvəlcədən hazırlanmış əməliyyatdır? Hadisələrin hələ də səngiməməsi qazax xalqına, siyasətçilərinə ciddi dərs vermək məqsədi daşıyır”.

Səxavət Məmməd

www.yenicag.az

474
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100