!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxlar Ağ Evin qarşısına toplaşdılar: "Putin, əlini Qazaxıstandan çək!"

Yanvarın 8-də Amerikanın paytaxtı Vaşinqton şəhərində Ağ Evin qarşisında qazaxıstanlılar tərəfindən aksiya keçirilib.

Yenicag.az-a bu barədə Zaur Bayramlı məlumat verib.

Aksiyada “Putin, Qazaxıstandan əlini çək”, “KTMT ordusu Qazaxıstanı tərk etsin”, “Tokayev istefa”, “İnternet bərpa edilsin”, “Biz terrorist deyilik, xalqıq”, “Putin, Qazaxıstandan çıx” kimi şüarlar səsləndirilib və plakatlar qaldırılıb.

Həmçinin Nazarbayevin də əleyhinə şüarlar səsləndirən aksiyaçılar və çıxışçılar olayların səbəbkarları kimi Nazarbayev-Tokayev cütlüyünü göstəriblər.

Aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan bir az əvvəl rus müdaxiləsindən işğalından əzab çəkən başqa bir xalqın – Ukraynalıların da Rusiya əleyhinə aksiyası baş tutub.

Aksiyaları başa çatan Ukraynalıların çoxusu meydanı tərk etməyərək Ukrayna bayraqları və çıxışları ilə Qazaxıstana dəstəklərini ifadə ediblər.

www.yenicag.az

194
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100