Rusiyanın enerji şirkəti “Qazprom” Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada qaldığını və vəziyyət belə davam edərsə, noyabrın 28-dən etibarən Ukrayna ərazisindən qaz nəqlinin azalacağını bildirib.
Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, açıqlamada “Qazprom”un Suca limanına tədarük etdiyi qazın miqdarının Ukraynadan Moldovaya göndərilən qazın miqdarından çox olduğu diqqət çəkib.
Açıqlamada qeyd olunub ki, “Qazprom” bu gün Suca məntəqəsindən 42,9 milyon kubmetr təbii qaz göndərəcək.
Qeyd edək ki, mayın 10-dan etibarən Ukrayna Avropaya gedən Rusiya qazının üçdə birinin keçdiyi Sohranivka paylama məntəqəsində daşınmanı dayandırıb, qaz nəqli isə yalnız Suca məntəqəsindən davam edir.
Gülşən