“Qəbələ” “Şamaxı”ya məğlub oldu

media-hightechnic-468x90

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, turun son oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edib.

Qonaqlar bu oyunda tək qolla 3 xal qazanıblar.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “İmişli”ni (2:0), “Qarabağ” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Sumqayıt”ı (3:0), “Sabah” “Karvan-Yevlax”ı (2:0) məğlub edib, “Zirə” – “Neftçi” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.

7-ci tur
5 oktyabr

“Qəbələ” – “Şamaxı” 0:1
Qol: Rikardo Apolinario, 8-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 17:30./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa