Qərb ərəb şahzadəsini “satdı” – Dünən islahatçı, bu gün “qatil diktator”

Səudiyyə Ərəbistanının gələcək lideri adlandırılan vəliəhd şahzadə Məhəmməd bin Səlman tənqid hədəfinə tuş gəlib.

Yenicag.az xəbər verir ki, 33 yaşlı şahzadə zamanla arzuolunmaz şəxsə çevrilir.

Başda ABŞ mediası olmaqla, dünyanın nüfuzlu nəşrləri jurnalist Camal Kaşıkçının yoxa çıxmasına görə, Şahzadəni günahkar bilir. Bu səbəbdən onu diktator adlandıranlar da var.

Qərb mətbuatında qeyd olunur ki, Məhəmməd bin Səlmana böyük ümidlər bəslənilsə də, o, bunu doğrultmağı bacarmadı. Hətta CİA-nın sabiq direktoru Con Brennon da düşünür ki, Cemal Kaşıkçının itkin düşməsi Məhəmmədin əmri əsasında yerinə yetirilib.

Qərb onun yeni vəliəhd ilə əvəzlənməsinin vacibliyini müzakirə edir.