Qərbə boyun əyməyən Putin Pekinin qarşısında diz çökür: "Çin Rusiyanı öz vassalına çevirib"

media-hightechnic-468x90

“Rusiya Çinin istəkləri və diqtəsinə uyğun şəkildə hərəkət edir”.

Bunu Çin və Rusiya arasındakı asılılıq münasibətləri barədə Yenicag.az-a danışan politoloq Samir Hümbətov deyib.

Politoloq bildirib ki, hadisələrin gedişi Çinin Rusiyaya qarşı çox ciddi təsir imkanları qazandığını göstərir:

“Üstəlik, müharibəyə görə Rusiyaya tətbiq edilən sanksiyalar onu müəyyən mənada Çindən asılı vəziyyətə salır. Çünki Qərbə satmaq imkanı olmadığı nefti, qazı, təbii sərvətləri və başqa ticarət sahələrini məcburiyyət qarşısında Çinə yönəltməli olur. Bu halda artıq Rusiya Çinin istəkləri və diqtəsinə uyğun şəkildə hərəkət edir. Yaranan mənzərə Çinin Rusiyanı öz vassalına çevirdiyini göstərir. Vəziyyət Rusiya üçün çox ciddi təhlükədir. Uzun müddət ərzində isə Rusiyanın Çinin təsiri altında qalacağı gözlənilir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa