!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycan İcması bəyanat YAYDI

!Reklam – Yazi

Qərbi Azərbaycan İcması Argentina prezidenti Alberto Fernandesin BMT Baş Assambleyasında anti-Azərbaycan açıqlamasını qətiyyətlə rədd edir.

Argentina prezidenti ölkəsinin ağır sosial-iqtisadi məsələlərini, yoxsulluq, korrupsiya kimi problemlərini həll etmək əvəzinə özünə aid olmayan məsələlərə, özü də diletantcasına münasibət bildirir. Hiss olunur ki, onun beynəlxalq münasibətlər, beynəlxalq hüquq, coğrafiya barədə bilikləri çox səthidir. “Azərbaycanı Dağlıq Qarabağı nəzarətə götürmək”də ittiham etmək Argentinanı Mendoza əyalətini nəzarətə götürməkdə ittiham etmək kimi bir şeydir.

Azərbaycanı “etnik, dini, irqi təqibdə”də ittiham edən Alberto Fernandesə Argentinada 19-ci əsrdə köklü tayfaların məhv edildiyini xatırladır və diqqəti bu məsələlərə yönəltməyə çağırırıq.

Biz, Qərbi Azərbaycan İcması olaraq, Avropa Şurasının bəzi rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi anti-terror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatları qınayırıq. Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur.

Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına göz yuman, Azərbaycanın təkidli müraciətlərinə cavab olaraq, Avropa Şurasının bu məsələ ilə məşğul olmadığını bildirənlər indi nədənsə Azərbaycanın qanuni tədbirləri ilə bağlı narahat olmağa başlayıblar.

Biz Avropa Şurasını Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq.

Biz, Qərbi Azərbaycan İcması olaraq, Amerika Birləşmiş Ştatlarının rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi anti-terror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatlardan narahatlığımızı bildiririk.

Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur. ABŞ tərəfinin son bəyanatları onun terrorçuluğa qarşı beynəlxalq mübarizədə nümayiş etdirdiyi mövqeyi və bu məsələ üzrə Azərbaycan Respublikası ilə onilliklər boyunca apardığı tərəfdaşlığa uyğun gəlmir.

ABŞ hökumətinin Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına adekvat münasibət bildirməməsi fonunda, Azərbaycanın anti-terror tədbirləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməsi təəssüf doğurur. Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd etdiyi halda, ABŞ tərəfi nədənsə ancaq Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edir.

Biz ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv