QHT alverinin DETALLARI... - İctimai Birlik sədri GİZLİNLƏRİ AÇIR

media-hightechnic-468x90

“25 ilini bu sahəyə verib QHT-ni pul ilə alan biri ilə eyni statusa sahib olmaq məni çox narahat edir”.

media-fuad-14

Bunu Yenicag.az-a açıqlamasında “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov deyib.

O, QHT-lərin satışı, vətəndaş cəmiyyətinin ticarətə çevrilməsi tendensiyası və bunun qarşının alınması məsələlərindən danışıb.

QHT sədri bildirib ki, belə satışın kimlərin həyata keçirdiyini, kimlərin bu sahəni ticarətə çevirdiyini ictimaiyyət bilir:

“Özüm QHT sahəsində uzun illərdir çalışan, vətəndaş cəmiyyətinə töhfə verənlərdən biriyəm. Vətəndaş cəmiyyətinin fəlsəfəsi odur ki, dövlətin görə bilmədiyi boşluqları görsün və həmin boşluqları doldurmaq üçün fəaliyyət göstərsin. Hazırda qeydiyyata alınması prosesi olduqca çətin və mümkünsüz olduğu halda QHT-lərin alınıb-satılması çox rahatdır. 10-15 minə bu sahənin ticarətini edirlər. Sual yaranır ki, illərlə fəaliyyət göstərənlər qeydiyyatdan keçə bilmirlərsə bəs onu satın alıb sədri və təsisçini dəyişmək niyə belə rahatdır?

Təsəvvür edin, 10 QHT yaradılıb 15 min azn-dən satılsa 150 min manat edir ki, bu da Azərbaycan üçün az məbləğ deyil. Ona pul verən isə qoyduğunu götürmək istəyir. Yəni məqsəd tenderlərə və qrant layihələrə girməkdir. Belə olan halda isə vəziyyət dəyişir. Vətəndaş cəmiyyətinə töhfə verməkdənsə ticarətə və hansısa korrupsiyaya xidmət edilir. Hətta QHT-nin fəaliyyəti geniş olubsa onu yüksək məbləğə satmaq daha asan olur. Bəs biz nə üçün vətəndaş cəmiyyətinin quruculuğunda əziyyət çəkirik?”

Fuad Əsgərov vurğulayıb ki, xüsusilə gənclər sektorunda bu hallar daha geniş yayılıb:

Bu sahəni ticarətə çevirənlər hazırda öndə gedən QHT sədrləridir. Mənə verilməyən dəyər onlara verilir. Korrupsiyanı bilə-bilə onları qabağa çəkənlərin də görünür ki, hansısa maraqları var. Hər zaman statuslar paylaşıb hətta adlar belə çəkmişəm. Əgər yaşlanmısansa yerinə yetişdirilənlərdən biri gəlməlidir. Yetişdirməyibsə və QHT-yə pul mənbəyi kimi baxıbsa demək ki, ticarətdən başqa bir şey deyil.
Zaman-zaman belə hallar daha da artacaq. Çünki bu işlə bir yox, bir neçə insan mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. 25 ilini bu sahəyə verib QHT-ni pul ilə alan biri ilə eyni statusa sahib olmaq məni çox narahat edir. Alverçilərlə bazarda söhbət edilir, vətəndaş cəmiyyətində belə hallar çox neqativdir və qarşısı alınmalıdır. İllərdi işləyirəm 15 min manat yığa bilmirəm, bir saatın içinə də o pulu xərcləyə bilmərəm. Onu verən adam demək ki, bu pulu çıxaracağına əmindir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa