Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

QHT Cəlilabadda qəhrəmanlıq ənənələrini təbliğ edib

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində Cəlilabad rayonuna səfər edən TUMİB rəhbərliyi və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının müavini Dürdanə Əliyevaəvvəlcə rayonun Lallar kəndinə gedərək, Azərbaycanın Milli Qəhrəmanı Eldar Həsənovun ailə üzvlərilə görüşüb, sonra isə şəhid hərbçimizin məzarını ziyarət ediblər.

TUMİB üzvləri həmin gün həmçinin Ankara Hərbi Akademiyasının məzunu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid zabit Əhməd Abdullayevin də valideynləri ilə görüşmüş, onun da məzarını ziyarət etmişlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbir iştirakçıları sonra dövlət himnimiz canlı canlı ifa ediblər.

ADPU-nun Cəlilabad filialının direktoru Xudayar Sultanlı gənc nəslin tərbiyəsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edib ki, müasir təhsil sistemi milli-mənəvi dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirməyə xidmət edir. X.Sultanlı vətəndaş cəmiyyəti institutlarının bu prosesdə iştirakını müsbət hal kimi qiymətləndirib.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihə barədə məlumat verib. Bildirib ki, TUMİB Gənclər və İdman Nazirliyinin keçirdiyi qrant müsabiqəsinin qalibi olduğu üçün Bakıda və regionlarda gənclərin iştirakı ilə görüşlər keçirir: “Bu görüşlərin məqsədi qəhrəmanlarımızı təbliğ etmək, onların keçdikləri şərəfli ömür yolu barədə yeniyetmə və gənclərimizə ətraflı məlumat verməkdir”.

Ç.Bayramov adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş qəhrəman oğul və qəzlarımızı təbliğ etməklə milli dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirməyin mümkün olduğunu deyib. TUMİB sədri bildirib ki, hər bir yemiyetmə və gənc Azərbaycanın qəhrəman övladlarını yaxından tanımalı, onlarla fəxr etməlidir. “Həyatını ölkəmizin suverenliyi, xalqımızın firavan gələcəyi uğrunda fəda etmiş qəhrəman oğul və qızlarımızı unutmağa mənəvi haqqımız yoxdur, deyə təşkilat rəhbəri vurğulayıb.

TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə gənclərin vətənpərvər ruhda yetişməsində mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. S.Verdizadə deyib ki, ölkədə mövcud olan təbliğat tribunaları gənclərin potensialının üzə çıxmasına dəstək verməli, fərdi ideyalarını reallaşdırmaqda onlara yardım etməlidir.

Cəlilabad rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Salamat Nəcəfov Azərbaycanda dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini deyib. S.Nəcəfov qeyd edib ki, təmsil etdiyi qurum gənclərin rayonun ictimai həyatında yaxından iştirak etməsi üçün səylə çalışır. (QHT.az)

Yeniçağ.Az

www.yenicag.az

687
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100