Qılıncoynadanlarımız İslamiadada qızıl medal qazanıblar

media-hightechnic-468x90

Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarna yekun vurulub.

Yenicag.az xəbər verir ki, son yarış günündə sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasnda Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib.

Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz isə komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına 38:39 hesabı ilə uduzan qadın şpaqaçılarımız bürünc medal qazanıb.

Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların şəxsi və Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal qazanmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa