Qızılın qiyməti “ceyran belində” – Ən çox bu qızıllar ALINIR

media-hightechnic-468x90

“Qızılın qiyməti artmaqda davam edir və bu artım, istər xammal kimi alış, istərsə də son məhsul kimi satış qiymətlərində birbaşa əks olunur. Yəni, qızıl bahalaşdıqca, zərgərlik məhsullarının maya dəyəri artır, bu da bazarda son qiymətlərə təsir göstərir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.

media-68373f32dcf29

 

 

O, qızıl üzrə alqı-satqı prosesinin təkcə bayram və ya mövsümi dövrlərdə deyil, əksinə, hər gün dinamik şəkildə davam etdiyini bildirib:

“Azərbaycanda artıq müəyyən olunmuş və nizamlı şəkildə fəaliyyət göstərən gündəlik bazar konyunkturası mövcuddur. Bu, o deməkdir ki, qızıl üzrə alqı-satqı prosesi təkcə bayram və ya mövsümi dövrlərdə deyil, əksinə, hər gün dinamik şəkildə davam edir.

Satış göstəricilərinə nəzər saldıqda aydın olur ki, ənənəvi olaraq geniş istehlakçı kütləsi arasında populyar olan 585 və 750 əyarlı qızıl məmulatlarına – yəni orta və nisbətən aşağı əyarlı zinət əşyalarına tələbdə azalma müşahidə edilir. Bunun səbəbləri arasında qiymət artımının alıcılıq qabiliyyətinə təsiri və bu məhsulların, əsasən, gündəlik istifadə üçün nəzərdə tutulması durur.

Əvəzində isə sikkə və külçə kimi yüksək əyarlı (adətən, 999,9 – red.) qızıl məhsullarının satışında nəzərəçarpacaq artım baş verir. Bu məhsullar, adətən, zinət əşyası kimi deyil, investisiya və sərvətin qorunması vasitəsi kimi alınır. İnsanlar qiymətlərin daha da yüksələcəyini düşündükləri üçün uzunmüddətli dəyər saxlama məqsədilə külçə və sikkələrə üstünlük verirlər”.

Ekspert, ümumilikdə, dünya bazarında qızılın bahalaşmasının Azərbaycan daxili bazarına da əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayıb:

“Ən nəzərəçarpacaq təsir sikkə və külçə kimi yüksək əyarlı investisiya məhsullarında müşahidə olunur. Bu seqmentdə satışlar artmaqda davam edir. Yeni idxal olunan zərgərlik məmulatlarında isə qiymət artımı daha tez baş verir, çünki beynəlxalq qiymətlərdəki dəyişikliklər maya dəyərinə birbaşa təsir göstərir. Hazırda daxili bazarda satışda olan məhsullar, xüsusilə 585 və 750 əyarlı zərgərlik əşyaları üzrə qiymət artımı isə daha mərhələli və tənzimlənmiş şəkildə həyata keçirilir”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa