Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Oğuzda 12, Lerikdə 9, Şamaxı 8, Şəkidə (Kişçay) 7, Göygöl, İsmayıllı, Neftçala, Astara, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Ağdam, Daşkəsən, Gədəbəy, Sabirabad, Cocuq Mərcanlı, Tovuz, Culfa, Qobustan, Bərdə, Zərdabda 3 mm-dək qeydə alınıb.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.