Paşinyan partiyada rəqiblərinə MEYDAN VERMİR – Seçkinin nəticələri AÇIQLANDI

media-hightechnic-468x90

Ermənistanda keçirilən qurultayda hakim “Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyəti sədrinin seçkilərinin nəticələri Nikol Paşinyanın partiyanı tam nəzarətdə saxladığını bir daha göstərib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, qurultayın fasiləsində jurnalistlərə açıqlama verən Paşinyan komandada bir neçə Baş nazir namizədinin – “5-6 favorit”in olduğunu desə də, seçkinin yekunları onun nə ölkədə, nə də partiyada rəqiblərin “yetişməsinə” imkan vermədiyini təsdiqləyib.

Seçki prosesi xüsusi qaydada keçirilib: İdarə Heyəti üzvlərinin seçki bülletenlərinin sonunda səsvermə iştirakçılarına partiya sədrliyinə kimin namizəd olduğunu göstərmək üçün ayrıca yer ayrılıb. 917 seçicidən 758 nəfər məhz Paşinyanın adını yazıb. Təxminən 200 nəfər isə onu qeyd etməyib.

Digər namizədlər isə cüzi səs toplaya bilib. Belə ki, iqtisadiyyat və sənaye naziri David Xudatyanı 10 nəfər, Gevorq Papoyanı 9 nəfər, Suren Papikyanı 8 nəfər, Arsen Torosyanı 7 nəfər, Hayk Sarkisyanı 6 nəfər, Romanos Petrosyanı 5 nəfər, parlament sədri Alen Simonyanı isə cəmi 3 nəfər partiya sədrliyinə layiq görüb.

Beləliklə, Paşinyan partiya daxilində də əsas söz sahibi olduğunu və rəqiblərinə meydan vermədiyini təsdiqləmiş oldu.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa