Tanınmış aktrisanın DOĞUM GÜNÜ ARZUSU: “O hədiyyəni gözləyirəm”

media-hightechnic-468x90

“Allahdan arzuladığım ən böyük hədiyyəni indi yox, gələn il 75 yaşım olanda gözləyəcəyəm”.

Bunu Yenicag.az-a açıqlamasında doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən tanınmış aktrisa Məsumə Babayeva deyib.

Səhhətində problemlər yaşadığı üçün teatrdan, yaradıcılıqdan uzaq düşsə də, aktrisa bu günə qədər yaratdığı obrazlarına görə şükranlığını ifadə edib:

“Saysız-hesabsız obrazlara can vermişəm. Aktrisa kimi sevilmişəm, bu gün o sevginin nəticəsidir ki, gecədən telefonlarım susmur. Hamı məni təbrik edir, yaradıcı insan üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu gün ad günüm, şad günümdür. Səhhətimlə əlaqədar yaradıcılıqdan, səhnədən aralı düşmüşəm. Teatrın açılış mərasiminə də dəvət aldım, amma ayaqlarımda problem olduğu üçün gedə bilmədim. Amma yenə də ürəyim səhnə ilə döyünür”.

Aktrisa “Allahdan arzuladığınız ən böyük hədiyyəni almısınızmı” sualını da cavablandırıb:

“Ən böyük hədiyyəmi gələn il 75 yaşım olanda gözləyəcəyəm. İllərlə sənətdə can qoymuşam, ürəyim hər zaman üçün döyünüb. Zəhmətimin bəhrəsini görmək arzusundayam”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa