!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qobustanda mikroavtobus aşdı: Ölü və yaralılar var - FOTO

!Reklam – Yazi

Qobustan rayonu ərazisində yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Mərəzə qəsəbəsi ərazisində baş verib. Bakıdan Zaqatalaya gedən “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılaraq aşıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə ağır xəsarət alıb.

Xəsarət alanlar Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar Zaqatala rayon sakinləridir.

Məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraiti olub. Güclü yağış nəticəsində yol sürüşkən olduğundan sürücü dönmə əməliyyatını düzgün aparmadığından idarəetməni itirərək avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır./Trend/

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv