Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində tullantılar olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.