!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atışmada yaralanan "Qoca" öldü - YENİLƏNİB

!Reklam – Yazi

Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilərkən qaçan məhbus Etibar Məmmədov tutulub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.

Təfərrüata gəlincə, “Qoca” dostları ilə TIR markalı maşının yük yerində olublar. Əməliyyatçılar əvvəlcə sürücü 29 yaşlı Anar Azər oğlu Əsgərovu qolundan yaralayıb. Daha sonra Etibar Məmmədov dostları ilə birgə əməliyyatçılara atəş açmağa başlayıb, ikisi yerində ölüb “Qoca” da ağır yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

“Qoca”nın əməliyyat zamanı yaralanan digər dostu isə 24 yaşlı Şahmar Şamil oğlu Bəyəlizadədir.

***

“Report”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, atışma zamanı yaralanan “Qoca” ölüb.

 

www.yenicag.az

12426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv