Qroznıda polislərə hücum etmiş 4 silahlı atışma zamanı məhv edilib, daha 2 nəfəri isə yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Yenicag.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə, bir qrup silahlı şəxs polis əməkdaşına hücum edərək onun avtomobilini ələ keçiriblər.
“Hadisədən bir neçə dəqiqə sonra məlum olub ki, həmin qrup polis əməkdaşlarından birinin evinə soxulub, lakin asayiş keşikçisini tapmayaraq evi tərk edib. Bundan az sonra polislər silahlıların avtomobilini müəyyən edərək, onu saxlamağa cəhd ediblər. Lakin avtomobil yol polisi əməkdaşını vurub, onu təqib edən polislərə atəş açaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Cavab atəşi ilə silahlılar zərərsizləşdirilib. Onlardan ikisi yaralanaraq xəstəxanaya çatdırılıb”, – deyə Kadırov bildirib.
Hadisə yerində əməliyyat-istintaq qrupu çalışır. Öldürülən şəxslərin kimliyi müəyyənləşdirilib.
Yenicag.az
www.yenicag.az