!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada kanat qırıldı - Ölən və yaralananlar var-Yeniləndi

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda “Quba Palace Hotel”də baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının SCADA şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır.

***

13:45

Quba rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az-ın məlumatına görə, Qubadakı otellərdən birində kanatın qırılması nəticəsində otelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılardan daha iki nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

6495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv