Qurban nə vaxta qədər kəsilə bilər?
Qurban ibadətini yerinə yetirmək istəyən vətəndaşlar “Qurban nə vaxta qədər kəsilə bilər?” sualının cavabı ilə maraqlanır.
Yenicag.az xəbər verir ki, xüsusilə qurbanlıq heyvan alıb kəsməyi planlaşdıranlar üçün bu vaxtları düzgün bilmək ibadətin səhih olması üçün böyük əhəmiyyət kəsb edir.
Qurban kəsimi bayram namazından sonra başlayır. Qurbanı bayramın birinci günü səhər qılınan bayram namazından sonra kəsmək olar. Bayram namazı qılınmamışdan əvvəl qurban kəsmək məkruh sayılır.
Bayramın ilk üç günü qurban kəsimləri davam edir. Bu günlər Zilhiccə ayının 10, 11 və 12-ci günləridir. Lakin Hənəfi məzhəbinə görə qurban kəsmə müddəti üç gün olduğu halda, Şafii və Maliki məzhəbinə görə bu müddət bayramın dördüncü gününə qədər uzadıla bilər. Yəni qurban bayramın dördüncü günü gün batana qədər kəsilə bilər.
Qurban kəsimi son gün gün batana qədər davam edə bilər. Halbuki ən fəzilətli vaxt bayramın birinci günü kəsilən kəsimdir. Əgər üzr yoxdursa, qurbanın ilk üç gün ərzində kəsilməsi daha məqsədəuyğun hesab edilir.