Qurban Qurbanov: “Biz əldə etdiyimiz uğurları oyun sistemimizə görə qazanmışıq”
“Biz bu günə qədər əldə etdiyimiz uğurları mövcud oyun sistemimizə görə qazanmışıq”.
Yenicag.az xəbər verir ki, bunu “Qarabağ” – “Çelsi” oyunundan əvvəl mətbuat konfransında jurnalistin “Çelsi”yə qarşı müdafiəyəmeyilli oyun görə bilərik?” sualına cavabında “Qarabağ”in baş məşqçisi Qurban Qurbanov deyib.
O, bildirib ki, müdafiəyəmeyilli oyunla hansısa matçda uğur qazanmaq olar, lakin məncə bu sistemlə uzunmüddətli uğur qazanmaq mümkün deyil:
“Mən müdafiəyəmeyilli futbolu xoşlamıram. Hansısa oyunda müdafiəyəmeyilli oyun qurmaq olar. Lakin “Çelsi”nin qarşısını almaq üçün beşli müdafiə xətti ilə oynamaq barədə düşünməmişəm. Amma oyunun gedişatında müəyyən taktiki dəyişiklik edə bilərik”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək./Oxu/












