Qurban Qurbanov Kadiyə əsəbiləşdi - VİDEO

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Qarabağ” – “İmişli” oyunu gərgin anlarla yadda qalıb.

Yenicag.az xəbər verir ki, son çempion “Qarabağ”ın rəqibini 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada oyunun son dəqiqələrində komandanın futbolçusu Kadi Borgesin davranışı baş məşqçi Qurban Qurbanovu özündən çıxarıb.

Belə ki, braziliyalı futbolçu əvəzlənərkən meydanı gec tərk etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Bu isə təcrübəli mütəxəssisin sərt reaksiyasına səbəb olub.

Xatırladaq ki, daha əvvəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”ə uduzan “Qarabağ”ın baş məşqçisi futbolçularının hücum zamanı etdiyi səhvə görə özündən çıxmışdı. Həmin anlar da sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa