Qurban Qurbanovun bu sözləri Türkiyədə gündəm oldu

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasında doğma meydanda “Çelsi” ilə 2:2 hesablı bərabərliyə razılaşan “Qarabağ”, yalnız tarixi nəticə ilə deyil, həm də baş məşqçisi Qurban Qurbanovun səmimi açıqlamaları ilə gündəmə çevrilib. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında çıxış edən təcrübəli mütəxəssis Türkiyəyə yönəlik xoş jesti ilə diqqət çəkib.

Belə ki, Qurbanov jurnalistlərə açıqlamasında “”Qalatasaray”ın oyunu var, gəlin, “Qalatasaray”a dəstək olaq”, – deyib.

Azərbaycanlı baş məşqçinin bu sözləri qısa zamanda sosial mediada böyük maraq doğurub. Həm Türkiyədən, həm də Azərbaycandan minlərlə azarkeş Qurbanova rəğbət mesajları ünvanlayıb.

Paylaşımlarda “Bir millət, iki komanda”, “Həqiqi dostluq budur” və “Qardaşlığın ən gözəl nümunəsi” kimi şərhlər yer alıb./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05